Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapılıb

0
130

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, yaxın keçmişdə Böyük Britaniyada həkimlər çiçək xəstəliyinə qarşı dərman olan “tecomvirimat”la meymunçiçəyinə yoluxma halını müvəffəqiyyətlə aradan qaldırıblar.

“TEREFSİZ.AZ” xəbər verir ki, alimlərin elmi araşdırmalarının nəticələri “Lancet” jurnalında dərc olunub.

“Həmkarlarımız meymunçiçəyinə yoluxmanın köklərini və virusun necə yayıldığını müəyyənləşdirməyə çalışarkən, bu xəstəliklə mübarizə üçün keçmişdə hansı dərmanların istifadə olunduğu ilə maraqlanıb”, – jurnalın mətbuat xidməti Liverpul (Böyük Britaniya) Universitetinin elmi işçisi Xyu Adlerdən sitat gətirib.

Belə məlumatları əldə etmək üçün Adler və həmkarları Böyük Britaniyanın bütün regionlarında təhlükəli yoluxucu xəstəliklərin öyrənilməsi üzrə ixtisaslaşmış mərkəzlər (HCID) tərəfindən son beş il ərzində toplanmış məlumatları təhlil ediblər. Ümumilikdə, mərkəzlərin mütəxəssisləri 2018-2021-ci illər arasında baş verən meymunçiçəyi virusuna yoluxma hallarının yeddisini qeydə alıblar.

Xəstəlik tarixinin sonrakı təhlili göstərib ki, həkimlər meymunçiçəyini iki dərman – “brinsidofovir” və “tecomvirimat” ilə müalicə etməyə çalışıblar. Birincisi “suçiçəyi” ilə mübarizə aparmaq üçün yaradılıb, ikincisi isə dünyada çiçək virusunun çoxalmasının qarşısı ala bilən ilk dərmandır.

Qeyd edək ki, son günlər Böyük Britaniyadan başqa dünyada Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə, BƏƏ və İsveçdə də meymunçiçəyinə yoluxma halları qeydə alınıb.

 

 

TEREFSİZ.AZ