“Microsoft” Rusiyanın haker hücumuna məruz qalıb

0
2029

“Microsoft” korporasiyası dövlət dəstəkli rusiyalı hakerlərin kiberhücumuna məruz qalıb. Başlıca hədəf şirkətin rəhbərliyi və əməkdaşları olub.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə “Microsoft”  yayıb.

 

Bəyanatda qeyd olunub ki, şirkətin təhlükəsizlik komandası yanvarın 12-də korporativ sistemlərə dövlət səviyyəli kiberhücum aşkarlayıb. Bildirilib ki, “Midnight Blizzard” qrupunun Rusiya ilə əlaqəli olduğu iddia edilən hakerlər şirkət rəhbərlərinin, eləcə də kibertəhlükəsizlik də daxil olmaqla bəzi departamentlərin əməkdaşlarının korporativ e-poçt hesablarının “çox kiçik bir hissəsinə” giriş əldə ediblər. Korporasiya vurğulayıb ki, hakerlər onların qrupları haqqında məlumatları ehtiva edən sənədləri oğurlayıblar.

 

“Microsoft” hadisə ilə bağlı araşdırmaya başlayıb.

 

Qeyd olunub ki, təcavüzkarların istifadəçi xidmətlərinə, mənbə koduna və ya süni intellekt sistemlərinə sıza biləcəyi barədə hələlik məlumat yoxdur.

 

terefsiz.az