“Microsoft” Rusiyaya qadağa qoydu

0
87

Dünyanın ən böyük texnologiya şirkətlərindən olan ABŞ mərkəzli “Microsoft” korporasiyası Rusiya Federasiyasından olan istifadəçilərə öz rəsmi saytından “Windows 10” və “Windows 11” əməliyyat sistemlərini yükləməyi qadağan edib.

Rusiya ərazisindən adıçəkilən əməliyyat sistemlərini yükləməyə cəhd etdikdə Amerika şirkətinin saytında “Sorğunuzla bağlı problem yarandı” mesajı ekrana çıxır.

Həmçinin, Rusiyadan olan istifadəçilər əməliyyat sisteminin quraşdırılma köməkçisi olan “Media Creation Tool” yardım proqramını da yükləyə bilmirlər.

TEREFSİZ.AZ