Microsoft şirkəti Cascadia Code adlı yeni açıq şrifti təqdim etdi.

0
256

 Terefsiz.az saytı xəbər verir ki,   Microsoft şirkəti Cascadia Code adlı açıq şrifti təqdim edib. Bu şrift terminalların və kod redaktorlarının emulyatorlarında çalışmaq üçün optimizasiya edilib.

Bu barədə Opennet.ru saytı xəbər verib. Şriftin ilkin komponentləri OFL 1.1 (Open Font License) lisenziyası üzrə yayılırlar. Bu lisenziya isə öz növbəsində şrifti istənilən qədər təkmilləşdirməyə, onu kommersiya məqsədlərində, çap və veb sayt işlərində işlətməyə imkan verir.

    Şrifti yükləmək üçün TrueType (TTF) formatında fayl təqdim olunur. Şriftin növbəti yenilənməsində isə onu Windows Terminal-ın tərkibinə daxil edilməsi planlaşdırılır.

Təqdim olunmuş yeni şriftin əsas özəllikləri arasında həmçinin artıq varolan simvolların kombinasiyaları vasitəsilə yeni glyph-lərin yaradılmasına imkan verən proqramlaşdırılan liqaturların dəstəyini qeyd etmək olar. Bu cür glyph-lər Visual Studio Code adlı açıq redaktorda dəstəklənir və kodun oxunması prosesini sadələşdirir.

Terefsiz.az