İtaliya “Sampdoriya”sının sabiq baş məşqçisi Marko Campaolo “Milan”ın sükanı arxasına keçib.
Terefsiz.az saytı xəbər verir ki, rəsmi təyinat iyulun 1-də açıqlanacaq. 52 yaşlı mütəxəssislə müqavilə 2+1 il şərti ilə qüvvədə olacaq. O, yeni vəzifədə Cennaro Qattuzonu əvəzləyib.
Əvvəllər Campaolo “Empoli”, “Kremoneze”, “Breşiya”, Çezena”, “Kataniya”, “Siena” və “Kalyari” komandalarında çalışıb.
2018/2019 mövsümündə “Milan” A Seriyasında 68 xalla 5-ci yeri tutub. “Sampdoriya” isə 53 xalla 9-cu olub.
Terefsiz.az