UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulub.
“TEREFSİZ.AZ”ın məlumatına görə, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb.
A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb. Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.
B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı yenib – 1:0.
UEFA Millətlər Liqası
A Liqası
4-cü qrup
Uels – Niderland – 1:2
Qol: Riys Norrinqton-Deyvis, 90+2 – Teun Kopmeyners, 50. Vaut Veqhorst, 90+4
Belçika – Polşa – 6:1
Qollar: Aksel Vitsel, 42. Kevin De Bröyne, 59. Leandro Trossard, 73. 80. Leander Dendonker, 83. Lois Openda, 90+3 – Robert Levandovski, 28.
Xal durumu: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0.
B Liqası
1-ci qrup
Şotlandiya – Ermənistan – 2:0
Qol: Antoni Ralston, 28. Skott Makkenna, 40
İrlandiya – Ukrayna – 0:1
Qol: Viktor Tsuqankov, 47
Xal durumu: Şotlandiya – 3, Ukrayna – 3, Ermənistan – 3 (2 oyun), İrlandiya – 0 (2 oyuna)
TEREFSİZ.AZ