Bu gün Millətlər Liqasının A divizionunda ikinci finalçı məlum olub.
Terefsiz.az xəbər verir ki, Portuqaliyada İngiltərə və Hollandiya arasında keçirilən ikinci yarımfinalda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
Hollandlar əlavə vaxtda daha 2 qol vuraraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, finalın digər iştirakçısı yarımfinalda İsveçrəni 3:1 udan Portuqaliya yığmasıdır.
Turnirin və III yerin qalibi iyunun 9-da müəyyənləşəcək.
Terefsiz.az