Global Shapers Survey 2017 adlı Ümumdünya İqtisadi Forumun sorğusunda iştirak etmiş millenialların (1981-ci ildən sonra anadan olmuş nəsil) fikrincə iqlim dəyişikliyi, dünyanın ən ciddi problemidir.
Sorğuda iştirak etmiş insanların demək olar ki, yarısı (48.8%) düşünür ki, iqlim dəyişikliyi, dünyanın ən ciddi problemidir. 78.1% insan isə qeyd edib ki, onlar, ətraf mühitin qorunması naminə həyat tərzlərini dəyişdirmək istəyirlər.
Sorğuda iştirak etmiş insanlar, iqlim dəyişikliyi səbəbi ilə bağlı bir açıqlama verməsələr də, onların 91%-i, insanların bu iqlim dəyişikliyinə səbəb olduqlarını bildirib.
Bu cür nəticələr, Ümumdünya İqtisadi Forum tərəfindən hər il keçirilən sorğu nəticəsində məlum olub. Sorğu isə 186 ölkədə 18-35 yaş arası 31.000-dən çox insan ətrafında aparılıb. Sözügedən 10 ciddi qlobal problemi sizlərə təqdim edirik.
- İqlim dəyişikliyi (48.8%)
- Silahlı münaqişələr (38.9%)
- İqtisadi bərabərsizlik, diskriminasiya (90.8%)
- Kasıblıq (29.2%)
- Dini münaqişələr (23.9%)
- Hökumətin cəmiyyət qarşısında cavab verməsi, rüşvət (22.7%)
- Yeyinti məhsullarının və suyun təhlükəsizliyi (18.2%)
- Təhsilin olmaması (15.9%)
- Şəxsi təhlükəsizliyə olan təhlükələr (14.1%)
- İqtisadi imkanların olmaması və işsizlik (12.1%)
terefsiz.az