Milli Depozit Mərkəzi kupon ödənişlərini 25 %-dən çox azaldıb

0
94

Milli Depozit Mərkəzi bu ilin may ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

“TEREFSİZ.AZ”ın məlumatına görə, ötən ay qurum 851 investor üzrə 71,7 milyon manat və 1,4 milyon ABŞ dolları (ümumilikdə 74,1 milyon manat) ödəniş edib.

Bu, ötən ilin may ayına nisbətən 25,2 % azdır.

Ödənişlər Maliyyə Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), “Unibank” ASC, “Embafinans” və “International” QSC-lər bank olmayan kredit təşkilatları (BOKT), “Ferrum Kapital”, “Optimal Elektronika” və “Silk Vey Vest Aviaşirkəti” MMC-lər üçün həyata keçirilib.

 

TEREFSİZ.AZ