Milli Məclis Oqtay Əsədovla bağlı yayılan məlumatlara dair açıqlama yayıb.

0
214

Terefsiz.az saytı xəbər verir ki, Milli Məclis spiker Oqtay Əsədovla bağlı olan, mətbuatda yayılan məlumatları təkzib edib.  

Parlamentdən daxil olan məlumatda deyilir:

“Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunmuşdur.

Yazıda bildirilir ki, guya parlament Sədrinin qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub”.

Parlamentin Mətbuat Xidməti qəti şəkildə bildirir ki, “Milli Məclisin Sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis Sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur”.

Terefsiz.az