Milli üzvü məğlubiyyəti kənardan izlədi.

0
260

Futbol üzrə Portuqaliya çempionatında 13-cü turun oyunları keçirilib.

Terefsiz.az oxu.aza istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Setubal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-di.