Türkiyə Superliqasının 30-cu turunda keçirilən Kayserispor – Alanyaspor (1:1) oyunundan sonra qonaqların 7 əcnəbi futbolçusunu aparan mikroavtobus qəzaya uğrayıb.
Terefsiz.az xəbər verir ki, sürücünün yolda yuxulaması mikroavtobusun aşmasına səbəb olub.
Nəticədə, Alanyaspor-un hücumçu Jozef Sural vəfat edib. Çexiya millisinin üzvü dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər futbolçular yüngün xəsarət alıb.
Xatırladaq ki, Sural fevral ayında ikinci dəfə ata olmuşdu.