21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirir.
Terefsiz.az saytı xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığmasını qəbul edir.
İlk turunda səfərdə bu rəqibinə 0:1 hesabı ilə uduzan milimiz məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında uduzub. Komandamızın yeganə qələbəsi isə Slovakiya ilə görüşdə olub.
14 noyabr
Avro-2021-in seçmə mərhələsi
2-ci qrup
18:00. Azərbaycan – Lixtenşteyn – 1:0
Qol: Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Sumqayıt Arena”
1. | İsveçrə | 3 | 3 | 0 | 0 | 8:1 | 9 |
2. | Fransa | 2 | 2 | 0 | 0 | 10:3 | 6 |
3. | Gürcüstan | 3 | 2 | 0 | 1 | 8:2 | 6 |
4. | Slovakiya | 3 | 1 | 0 | 2 | 8:9 | 3 |
5. | Azərbaycan | 5 | 1 | 0 | 4 | 2:11 | 3 |
6. | Lixtenşteyn | 4 | 1 | 0 | 3 | 3:13 | 3 |