Millimizin üzvü zədələndi

0
246

AVRO-2020-nin seçmə oyunlarına hazırlığını Bakıda davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Terefsiz.az saytı xəbər verir ki, klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin toplanışında iştirak edə bilməyəcək. Komandaya əlavə futbolçu dəvət olunmayacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş “Bakcell Arena”da keçiriləcək.

Terefsiz.az