Millimizin üzvünün növbəti oyunu

0
257

Ukrayna Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Terefsiz.az-ın məlumtına görə, milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” klubu doğma meydanda “Lviv”lə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

P.Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, ilk 6-lıqda mübarizə aparan “Aleksandriya” 49 xalla 3-cüdür. “Şaxtyor” 76 xalla 1-ci, Kiyev “Dinamo”su 65 xalla 2-cidir.