Minsk-2019: Güləşçimiz final görüşünə çıxmayacaq

0
215

Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev (97 kq) “Minsk 2019” II Avropa Oyunlarında final qarşılaşmasında iştirak etməyəcək. 

Terefsiz.az saytı xəbər verir ki, buna səbəb idmançının yarımfinalda görüşündə ciddi xəsarət almasıdır. 

Həkimlərin tövsiyəsinə əsasən Hacıyev Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq. Beləliklə o, yarışın gümüş medalı ilə kifayətlənəcək.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçi Hacı Əliyev (65 kq) finalda Vladimir Xinçeqaşvili ilə (Gürcüstan) qarşılaşacaq.

Terefsiz.az