Misirin paytaxtı Qahirədə oksigen balonunun partlayışı nəticəsində ən azı 17 nəfər həlak olub, daha 32 nəfər yaralanıb.
Terefsiz.az saytı xəbər verir ki, bu barədə Səhiyyə naziri Halə Zeyd bildirib.
Hadisə paytaxt mərkəzindəki Xərçəng İnstitutunun yaxınlığında baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində maşınların birində yerləşdirilən qaz balonu partlayıb.
Hadisə yerində alışma yaranıb. Əraziyə onlarla yanğın söndürən maşını və təcili yardım avtomobilləri cəlb edilib. Hazırda alov söndürülüb.