Misirin güc strukturları Şimali Sinay vilayətinin Əl-Ariş şəhərində 15 nəfərdən ibarət silahlını zərərsizləşdiriblər.
Terefsiz.az məlumatına görə, bu barədə “Əl-Vətən” qəzeti Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd edilir ki, güc strukturlarına terrorçulardan ibarət qrupun Əl-Arişdəki Əl-Hus yaşayış kvartalında düşmənçilik aksiyası hazırlamaları barədə məlumat daxil olub. İnformasiyanın yoxlanılmasından sonra terrorçuların toplandığı yerə hücum təşkil edilib. Atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib.