MIUI 11 istifadəçi interfeysini hansı Xiaomi və Redmi smartfonları əldə edəcəklər?

0
229

Terefsiz.az saytı xəbər verir ki,   İşıq üzü görməyə hazırlaşan MIUI 11 interfeysində Xiaomi şirkəti reklam elanlarının göstərilməsi üçün nəzərdə tutulmuş alqoritmdə dəyişikliyin edilməsini və ümumilikdə sistemin gücünü yüksəltməyi planlaşdırır.

İndi isə MIUI 11-in hansı smartfonlarda və nə zaman işıq üzü görəcəyi məlum olub. Bu barədə 4pda saytı xəbər verib.

Xiaomishka adlı Twitter hesabının əldə etdiyi yeni məlumata əsasən MIUI 11 interfeysi 15-19 avqust tarixlərində işıq üzü görəcək. İnterfeysin təkmilləşdirilmiş versiyasının təqdimatı 9-12 sentyabr tarixlərində baş tutacaq.

Onun ilk stabil veriyaları isə oktyabr ayında təqdim olunacaqlar. MIUI 11 bir çox Qualcomm ilə MediaTek prosessorları ilə uyğunlaşa biləcək.

Belə ki, MIUI 11 Qualcomm-un Snapdragon 855, 855 Plus, 845, 835, 821, 730, 712, 710, 675, 660 və 625 prosessor modelləri ilə uyğunlaşacaq. MediaTek seriyasından isə bu siyahıya Helio G90, P35, P22 və A22 prosessor modelləri daxildir.

MIUI 11 həmçinin Xiaomi şirkətinin Surge S1 adlı fərdi prosessorunu da dəstəkləyəcək. Beləliklə MIUI 11 interfeysini əldə edəcək Xiaomi və Redmi smartfonlarının ardıcıllığı aşağıdakı kimidir:

– Birinci mərhələ: Xiaomi Mi9, Mi9 Explorer Edition, Mi9 SE, Mi Mix 3, CC9, Redmi K20 və Redmi K20 Pro

– İkinci mərhələ: Xiaomi CC9e, Mi8, Mi8 Explorer Edition, Mi8 Pro, Mi8 SE, Mi8 Lite, Mi Mix 2s, Mi Max 3, Mi Note 3, Mi 6, Mi Play, Mi 6X, Redmi Note 7, Note 7 Pro, Note 5 və Redmi 7

– Gözlənilənlər: Pocophone F1, Redmi Note 6 Pro və Mi Pad planşet seriyası.

– MIUI 11 interfeysini ən gec əldə edəcək smartfonlar: Xiaomi Mi Mix 2, Mi Mix, Mi Max 2, Redmi 5 Plus, Redmi Note 5A, Redmi 6 Pro, Redmi S2, Mi 5X, Mi 5C və Mi 5s Plus. Sonuncu qeyd olunmuş smartfon modellərinə MIUI 11 interfeysi yuxarıda qeyd olunmuş smartfonlara çıxdıqdan sonra təqdim olunacaq.

Terefsiz.az