ABŞ-ın futbol çempionatı olan MLS-də mövsümün ən yaxşı oyunçusu məlum olub.
Terefsiz.az saytı xəbər verir ki, “Los Anceles”in futbolçusu Karlos Vela hamıdan çox səs toplayıb.
Meksikalı hücumçu futbolçular və məşqçilər arasında keçirilən sorğuda 69,61 faiz səslə birinci olub.
“Los Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimoviç 14,11 faiz səslə 2-ci, “Atlanta Yunayted”dən Jozef Martines isə 6,97 faiz səslə 3-cü olub.
Qeyd edək ki, 38 qolla həm də mövsümün bombardiri olan Vela 2018-ci ilin yanvarından “Los Anceles”də çıxış edir.
Terefsiz.az