“Molde”nin oyununda 6 qol, “Olimpiakos” və “Dinamo”dan qələbə

0
127

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu gün daha 3 oyun keçirilib. 3-cü təsnifat mərhələsində “Qarabağ”a qalib  gələrək (əsas və əlavə vaxt – 0:0, penaltilər seriyası 6:5) pley-offa yüksələn “Molde” “Ferensvaroş”u (Macarıstan) qəbul edib. Oyunda qapılara 6 qol vurulub – 3:3. Digər görüşlərdə “Dinamo” “Gent”in, “Omoniya” “Olimpiakos”un qonağı olub.

Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.

 

 


23 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Gent” (Belçika) – “Dinamo” (Ukrayna) – 1:2
Qollar: 
Kleyndienst, 41 – Supriaqa, 9, de Pena, 79

23:00. “Molde” (Norveç) – “Ferensvaroş” (Macarıstan) – 3:3
Qollar:
 Ceyms, 55, Eykrem, 65, Ellinqsen, 83 – Boli, 7, Uzuni, 52, Xaratin, 87

23:00. “Olimpiakos” (Yunanıstan) – “Omoniya” (Kipr) – 2:0
Qollar:
 Valbuena, 69 (pen.), əl-Arabi, 90+2

 

22 sentyabr

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) – 2:1

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zalsburq” (Avstriya) – 1:2

23:00. “Slaviya” (Praqa, Çexiya) – “Midtülland” (Danimarka) – 0:0

Terefsiz.az