Moldova prezidenti Maya Sandu feysbuk səhifəsində ölkədə dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiq etdiyini bildirib.
Maya Sandu deyib ki, rumın dili cəmiyyətin konsolidasiyası üçün katalizator ola bilər və olmalıdır.
“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir”, – dövlət başçısı vurğulayıb.
Sandu bu qərarın Moldova cəmiyyətinin birləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, əlavə edib ki, bəzi insanlar Moldova cəmiyyətini parçalamaq üçün uzun müddətdir ki, Moldova sakinlərinin rumın dilində deyil, moldova dilində danışdıqlarını vurğulayıblar.