Liqa 1-də ikinci dövrəyə yaxşı başlayan Monaco heyətini yeni oyunçularla gücləndirib.
TEREFSİZ.AZ xəbər verir ki, “knyazlıq klubu” 3 futbolçunun keçidini eyni gündə rəsmiləşdirib.
Yeni baş məşqçi Roberto Morenonun komandası Strasbourg-dan Yussuf Fofana, Bordeaux-dan Orelyen Çuame və Legia-dan Radoslav Mayeçkini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər müqavilə bağlanıb.
Amma qapıçı Mayeçki Polşa klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.