Moskvada 600 obyektdə partlayış təhlükəsi: 110 min insan təxliyyə edilib

0
183

Rusiya paytaxtını 2-6 dekabr tarixlərində təxminən 600 obyektdə partlayış təhlükəsi ilə bağlı anonim xəbərlər bürüyüb.

Terefsiz.az “İnterfaks”-a istinadən xəbər verir ki, sözügedən informasiyaların heç biri öz təsdiqini tapmayıb.

Məlumata görə, partlayış təhlükəsi ilə bağlı informasiyaların araşdırılması zamanı bu müddət ərzində ümumilikdə 110 min nəfər təxliyyə edilib. Təxliyyələr daha çox rayon məhkəmələri və təhsil müəssisələrində aparılıb.

istinad:oxu.az