Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən “Reçnoy” ticarət mərkəzi də daxil olmaqla, bir neçə iaşə obyekti bomba xəbərdarlığı ilə bağlı boşaldılıb.
“Terefsiz.az”ın məlumatına görə, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.
Bir neçə ticarət mərkəzinin işçiləri və ziyarətçiləri təxliyə edilib.
Məlumat yoxlanılır. Mütəxəssislər ərazidə iş aparır.
terefsiz.az