Moskvada tibbi maskada olan şəxs atəş açaraq bir nəfəri yaraladı

0
111

Bu gün Rusiya paytaxtının Yeni Moskva adlanan ərazisində tibbi maskada olan naməlum şəxs yoldan keçən piyadaya atəş açıb.

360tv.ru bildirir ki, bu haqda Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən məlumat verilib.

Hadisə Moskva şəhərində yerləşən Yoluxucu Xəstəliklər Xəstəxanasının yaxınlığında baş verib.

Məlumata görə, odlu silahdan açılan atəş nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları hadisəni törədən şəxs barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açıblar. O, eyni zamanda, Moskva şəhərində koronovirusla əlaqədar tətbiq edilən karantin qaydalarını pozmaqda günahlandırılır. Polis cinayətkarın tapılaraq məsuliyyətə cəlb olunmasına çalışır.

istinad:oxu.az