Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

0
189

“Azur Air” şirkətinə məxsus Qoa-Moskva marşrutu üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib.

Terefsiz.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, eniş Bakı vaxtı ilə 11:05-də uğurla yerinə yetirilib.

Bütün sərnişinlər aeroportda yerləşdirilib, onlara qida və içkilər təklif olunacaq.

Məlumatlara görə, sərnişinlər üçün şirkət tərəfindən başqa təyyarə ayrılıb.