MTRŞ sədrindən ANS-lə bağlı açıqlama

0
289

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.

Terefsiz.az xəbər verir ki, N.Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat “ANS Müstəqil və Media Yayım Şirkəti”nin fəaliyyətinin bərpası ilə bağlı deyil:

“ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apellyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur”.

Terefsiz.az