Müavinət və təqaüd alanlara – ŞAD XƏBƏR

0
323

TEREFSİZ.AZ saytı Əmək xəbər verir ki,  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib. 

Bu barədə   DSMF-dən bildirilib. Məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Qeyd edək, xüsusi karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlar bu vəsaitlərini istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

DSMF-dən o da əlavə edilib ki, yaxın günlərdə isə avqust ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

İstinad: mediapost

Terefsiz.az