Müdafiə Nazirliyi ermənilərə növbəti dəfə xəbərdarlıq etdi.

0
137

TEREFSİZ.AZ saytı xəbər verir ki, Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir. 

Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək”, – deyə xəbərdarlıqda bildirilir.

Terefsiz.az