Murad Arif əsəbləşdi; ” 240000 xərcləmişəm. Başqasının pulunu saymaq ədəbdən deyil”

0
237

Murad Arif onu tənqid edənlərə iradını bildirib.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə Murad Arif öz rəsmi Facebook hesabında paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

” Müğənninin qonorarı ona olan tələbat və onun öz işlərinə xərclədiyi maliyə ilə tənzimlənir.

Camaat böyük heyyətlə oturub strategiya cızır, plan qurur. BİLİN Kİ, ilə yox-yox 3-4 video çıxaran, onu promo edən, azı 2-3 konsert verən müğənni, 250-300.000 azn pul xərcləyir. Hərdən ziyanımıza da işləyirik… Olur!
Özüm (hələ mahnılarımı özüm yazaraq) 2014-2018 arası yazdırdığım, çəkdirdiyim bütün işlərə 240.000 azn xərcləmişəm bəlkə. Hər çıxartdığımız iş də feedback vermir, pul geri gətirmir. Tutmayan nəğmələr də olur. Xüsusən ilk il, risklə çalışdım. Şəxsən 2 il kirayədə yaşadım, amma mahnılarıma və arzularıma güvəndim…

Məndən 3-5 qat artığını da Miri, Aygün, Tunzalə, Röya və daha bir neçəsi xərcləyir. Qonorarları müzakirə edəndə, bir bunu da deyin də… Niyə demirsiniz ki, bu adamların sayəsində bütöv bir sektor işləyir, yaşayır, dolanır…
Bəstəkarlar, söz yazarları, aranjımançılar, studiyalar, rəqqaslar, aktyorlar, modellər, qrimyorlar, stilistlər, işıqçılar, operatorlar, rejissorlar, dizaynerlər, kopirayterlər, köməkçilər, SMMçilər, böyük bir heyyət ayaqda durur… Məhz elə bu adamların məhsuldarlığı sayəsində… Bunu da deyin də!
Daha bəziləri kimi, o kanal sənin, bu kanal mənim, hər dəxilsiz mövzuyla, repeetuarın, öz hitlərin olmadan, sənətə PUL XƏRCLƏMƏDƏN gündəm olmağa nə var ki?
Başqasının pulunu saymaq, iş prinsipini tənqid etmək ədəbdən deyil… Etməyin! “