Müştəri məlumatları oğurlanan “British Airways”ə rekord cəza

0
211

Kompüter hakerləri “British Airways”in müştərilərinin məlumatlarını oğurlayıb. Belə ki, şirkətin internet saytı və cib telefonu tətbiqi kompüter hakerləri tərəfindən hacklənincə, milyonlarla müştərinin məlumatları əldə edilib.

Terefsiz.az xəbər verir ki, bu hadisədən şirkətin yarım milyon müştərisi zərər çəkib və nəticədə İngiltərənin hava yolu şirkəti milyonlarla sterlinqini itirib.

Ölkənin İnformasiya Kommissiyası ilə şirkəti bu məsələdə heç də bağışlamayıb.

“Qanun açıqdır, əgər müştərilərin şəxsi məlumatlarına sahibsəniz, onu qorumağa məsulsunuz”, – deyib.

Tətbiqlərində təhlükəsizlik boşluğu ilə bağlı olaraq “British Airways”ə 183 milyon sterlinq, yəni 1 milyon 314 lirə cəza kəsilib.

“British Airways”in idarəçisi Aleks Kruz baş verən hadisədən dolayı məyusluğunu ifadə edib. O deyib ki, dərhal vəziyyətə müdaxilə ediblər, amma onun müdafiəsi şirkətini rekord cəzadan xilas edə bilməyib.

Qeyd edək ki, şirkət rəsmi qaydada bu cəzaya etiraz etməyə hazırlaşır.