Mütəxəssislər Galaxy Note 10+ 5G’nin təmir olunma mümkünlüyünü qiymətləndiriblər.

0
365

Terefsiz.az saytı xəbər verir ki, məşhur iFixit saytının mütəxəssisləri Galaxy Note 10+ 5G flaqman smartfon modelinin tamamilə hissələrə ayrılması nəticələrini təqdim ediblər.

Bu cür proses smartfonun daxili komponentlərinə nəzər yetirməkdən əlavə olaraq onun təmir olunma mümkünlüyünün qiymətləndirilməsini də mümkün edir. Beləliklə çoxlu miqdarda kleydən istifadə olunduğuna görə Galaxy Note 10+ 5G modelinin hissələrə ayrılması yüksək diqqət tələb edir.

Şüşə materialdan hazırlanmış arxa qapağın gövdədən ayrılması üçün xüsusi fendən istifadə etmək lazımdır. Smartfonun batareyası da gövdəyə kley vasitəsilə yapışdırılıb.

Mütəxəssislər qeyd ediblər ki, batareyanı yalnız xüsusi alət və həlledici maye vasitəsilə ayıra biliblər. Smartfonun sistem platası gövdənin yuxarı hissəsində yerləşir və vintlər ilə bərkidilib. Smartfonda nisbətən asan şəkildə dəyişdirilə bilən komponentlər isə kamera modulu ilə 5G modemdir.

Mütəxəssislər qeyd ediblər ki, smartfonun bütün elementləri eyni ölçülü vintlər ilə bərkidilib. Bu isə smartfonun hissələrə ayrılmasını sürətləndirir.

Smartfonun tamamilə hissələrə ayrılmasından sonra iFixit mütəxəssisləri onun təmir olunma mümkünlüyünü qiymətləndiriblər. Smartfonun bir çox komponentlərinin qəliz olmayan dəyişdirilmə prosesinə baxmayaraq, arxa qapağın gövdədən ayrılmasının çətinliyi təmir prosesinə təsir göstərə bilər.

Həmçinin, batareya ilə ekranın dəyişdirilməsi kimi proseslər də problemə səbəb ola bilər. Beləliklə, iFixit mütəxəssisləri Galaxy Note 10+ 5G modelinin təmir olunma mümkünlüyünü 10 xaldan 3-ə layiq görüblər.

Terefsiz.az