Müxalifətin qələbəsi Ərdoğanın mövqelərini zəiflətməyəcək – Ekspert

0
156

İstanbulda təkrar bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun qələbəsi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqelərini zəiflətməyəcək.

Terefsiz.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kahramanmaraş Universitetinin professoru Toğrul İsmayıl bildirib.

“Müxalifət, əlbəttə, növbədənkənar prezident seçkilərini tələb edə bilər. Amma heç bir fövqəladə hadisə olmasa, Ərdoğanın təcrübəsi ona hakimiyyətlə qalmaq və öz kursunu davam etdirmək imkanı verəcək”, – İsmayıl deyib.

Bundan başqa, onun sözlərinə görə, Türkiyə artıq prezident idarəçilik sisteminə keçib və bələdiyyə hakimiyyət orqanları böyük əhəmiyyətlərə malik deyil.

Terefsiz.az