Müzakirələrə səbəb olan “Miss Azərbaycan” gözəlləri

0
2356

Hər dəfə Azərbaycanda keçirilən gözəllik müsabiqələrinin qalibləri açıqlananda sosial şəbəkələrdə müzakirələr qızışır.

Bu il də gözəllik müsabiqəsi keçirilib və qalibi eyni aqibətlə üzləşib.

“Miss Azərbaycan 2022”nin qalibi Nurlana Vəliyevanın sosial şəbəkələrdə yayılan fotoşəkilləri bir çox istifadəçilər tərəfindən sərt tənqidlərə məruz qalıb.

Oxu.Az Azərbaycanda keçirilən ilk gözəllik müsabiqəsindən indiyədək bu yarışın qalibləri olan gözəlləri yada salmağa çalışıb.

Həmin araşdırmanı təqdim edirik:

Azərbaycanda ilk gözəllik müsabiqəsi ölkə müstəqillik əldə etdikdən sonra, 1996-cı ildə keçirilib. Avqust ayının 15-də Opera və Balet Teatrında keçirilən yarışın adı “Miss Bakı” idi, qalibi isə Nərminə Zərbəliyeva oldu.

1997-ci ildən başlayaraq müsabiqə “Miss Azərbaycan” adlandırıldı. Həmin il tacı Gülsara Rzayeva qazandı.

1998-ci ildə “Miss Azərbaycan” adına Fatimə Abbasquliyeva layiq görüldü.

1999-cu ildə ölkəmizdə bu müsabiqə keçirilmədi.

2000-ci il “Miss Azərbaycan”ın qalibi isə Aygün Rüstəmli oldu.

2001-ci ildə “Miss Azərbaycan”ın tacını başına Validə Abbasova qoydu.

2002-ci ildəki “Miss Azərbaycan”ın qalibi – Lalə Mustafayeva.

2003-cü ildə “Miss Azərbaycan”ın qalibi – Səbinə Haşımova.

2004-cü ildə “Miss Azərbaycan”ın qalibi – Olesya Sergeyeva.

2005-ci ildə “Miss Azərbaycan”ın qalibi – Şövkət Qasımova.

2006-cı ildə “Miss Azərbaycan”ın qalibi – Günay Musayeva.

2010-cu ildə “Miss Azərbaycan”ın qalibi – Gülnarə Əlimuradova.

2012-ci ildə “Miss Azərbaycan”ın qalibi – Aysel Manafova.

2013-cü ildə “Miss Azərbaycan”ın qalibi – Fidan Məmmədova.

2014-cü ildə “Miss Azərbaycan”ın qalibi – Cavidan Qurbanova.

2015-ci ildə “Miss Azərbaycan”ın qalibi – Natalya Sokolevskaya.

2016-cı ildə “Miss Azərbaycan”ın qalibi – Oksana Barxatova.

2017-ci ildə “Miss Azərbaycan”ın qalibi – Raziyət Əliyeva.

2018-ci ildə “Miss Azərbaycan”ın qalibi – Nərminə Hacıyeva.

2019-cu ildə “Miss Azərbaycan”ın qalibi – Səmra Hüseynova.

2020-ci ildə “Miss Azərbaycan”ın qalibi – Banu Şücai.

2021-ci ildə “Miss Azərbaycan”ın qalibi – Milan Babayeva.

2022-ci ildə “Miss Azərbaycan”ın qalibi – Nurlana Vəliyeva.

Mənbə: Oxu.az

 

TEREFSİZ.AZ