Almaniyanın Drezden ərazisində naməlum quldurlar Avropada ən böyük xəzinə kolleksiyası olan “Grünes Gewölbe” muzeyinə giriblər.
Terefsiz.az -ın məlumatına görə, cinayətkarlar muzeydən brilyant və digər qiymətli əşyalar oğurlayıblar.
Muzeyə vurulan zərər bir milyard avro ola bilər (təxminən 1,873,700,000 AZN – red.).
Deyilənə görə, cinayətkarlar körpünün altındakı transformatoru yandıraraq şəhərin mərkəzindəki ən böyük muzeyi işıqsız qoyub. Bundan sonra bir neçə nəfər künc pəncərəsindən xəzinələr olan otağa çıxıb.
Saksoniyalı Avqustun xəzinəsi olan “Grünes Gewölbe” 1724-cü ildən muzey kimi fəaliyyət göstərir.
Burada qızıl, gümüş, qiymətli daşlar, fil sümüyü və digər qiymətli materiallar olan 3 minə yaxın eksponat var.