“Məktəbdə mənə inək deyirdilər…”

0
530

Vitiliqo xəstəliyindən əziyyət çəkən dünyaca məşhur model Vinni Harlou “Vogue Arabia”nın siması seçilib. O, dərginin iyun buraxılışı üçün kamera qarşısına keçib.

Vinni özü kimi xəstəlikdən əziyyət çəkən ərəb model Shahad Salmanla fotosessiya etdirib.

“Təxminən bir il əvvəl Shahad ilə fotomu instaqram paylaşmışdı və bənzərliyimizi müzakirəyə çıxarmışdı. Mən də posta şərh yazaraq mükəmməl bir görüntünün olduğunu qeyd etmişdim. Onun kimi qızlarla qürur duyuram” – deyə Vinni bildirib.

O, jurnala açıqlamasında xəstəliyi ilə 3 yaşında tanış olduğunu qeyd edib: “İnsanlar məktəbdə məni ələ salırdı. Yaşım kiçik olduğu üçün səbəbini başa düşmürdüm. Sinif yoldaşlarım məni zebra, inək kimi heyvanlara bənzədir, ləqəblər qoşurdular”.

istinad: qafqazinfo