Məmurun 2 yaşlı övladı hovuzda boğuldu

0
255

Xaçmazda azyaşlı hovuzda çimərkən ehtiyatsızlıqdan boğulub.

Terefsiz.az xəbər verir ki, hadisə İstisu qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 2018-ci il təvəllüdlü, Aylin Abbas qızı Allahverdili yaşayış evinin həyətindəki hovuzda çimərkən nəzarətsiz qaldığından boğularaq ölüb.

Azyaşlının yaxınları uşağın həyatını xilas etmək üçün Xudat Təcili Tibbi yardım Stansiyasına müraciət etsə də, həkimlər azyaşlının hadisə yerində öldüyünü müəyyənləşdiriblər.

Qeyd edək ki, azyaşlının atası Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.