” MƏNƏ BİR ŞEİR BƏSTƏLƏ ” – Nazim Əhməd

0
367

MƏNƏ BİR ŞEİR BƏSTƏLƏ

Gəl, gizlicə çıxaq gedək,
Bağcanızın gül yerinə.
Mənə bir şeir bəstələ,
Oxuyaq, bülbül yerinə.

Göy üzünü kim oxusun,
Külək aparsın, yuxusun.
Gətir, əllərim toxunsun,
Saçının sünbül yerinə

Söz deyim, gülsün ürəyin,
Naza bükülsün ürəyin.
Danışa bilsin, ürəyin,
Ağzındakı dil yerinə.

Bax, ulduzlar qönçə-qönçə,
Gözün göyçək, belin incə.
Gəl, canımı al, bu gecə,
Apar, əzrayıl yerinə.

Nazim Əhməd

Terefsiz.az