” MƏNƏ BİR ŞEİRLƏR OLDU ” – BƏNÖVŞƏ MAHMUDQIZI

0
417

” Mənə bir şeirlər oldu ”

Mənə bir şeirlər oldu…
Uşaqlıqdan bu yana.
Göz yaşları ilə dolu
Şeirlər oldu,
Şeirlərim oldu.
İçində çoxlu sevgi,
Əzabdan qazanılan bilgi.
Ruhumdakı qələm yazdı,
Silgi sildi.
Beləliklə,
Mənə bir şeirlər oldu.
Saflığı duydum,
Çirki ayırdım.
İnsanlığı duydum,
Dərki ayırdım.
Ərk etdim,
Çox sevdim,
Tərki ayırdım.
Sonra…
İnsanlığın seyrinə durdum.
İtlə, pişiklə sözsüz danışdım,
Onlar mənə, mən onlara qarışdım.
Özümlə də xeyli uzun danışdım,
İnsanlara çatanda mən ilişdim.
Bilmişdim!
Bilmişdim, belə olacağını,
Çatdıra bilmirəm fikirlərimi,
Çatdıra bilmirəm şeirlərimi,
Həyata dair, əzablara dair,
Mənə bir şeirlər oldu…
Oldum mən şair!

Müəllif: Bənövşə Mahmudqızı