Mərkəzi Bankın valyuta hərracında dollara tələb kəskin azalıb

0
129

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilib.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bankın məlumatına görə, hərracda dollara tələb martın 19-na nisbətən 137,2 milyon ABŞ dolları və ya təxminən 2,3 dəfə azalaraq 106,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

istinad:oxu.az