Səhnə danışığı üzrə britaniyalı müəllim, “Ulduz müharibələri” filmində rol almış aktyor Endrü Cek koronavirusdan ölüb.
Gazeta.ru-nun məlumatına görə, 76 yaşlı aktyor London yaxınlığında yerləşən Müqəddəs Pyotr xəstəxanasında vəfat edib.
Mənbə Endrü Cekin həyat yoldaşı Qabriel Rojersin hazırda Avstraliyada karantində olduğunu da bildirir.
istinad:oxu.az