Məşhur cütlüyün oğluna bir milyonluq reklam təklifi

0
571

Türkiyənin məşhur cütlüyü Burak Özçivit və Fahriye Evcenin oğlu Karana sərvət dəyərində reklam təklif edilib.

Terefsiz.az xəbər verir ki, aktrisa oğlunun şəklini ilk dəfə sosial şəbəkədə paylaşdıqdan sonra xarici oyuncaq firmasından Karanın reklamda çəkilməsi üçün bir milyon lirə (təxminən 287 min manat) təklifi gəlib. Amma cütlük təklifdən imtina edib.

Eyni zamanda, şirkət Karanın “İnstagram” hesabında paylaşılacaq hər fotoya görə 50 min lirə (14 min manat), hekayə bölməsində yerləşdiriləcək fotoya görə isə 15 min lirə (dörd min manat) verə biləcəklərini açıqlayıb. Burak və Fahriye bir yaşı olmayan oğulları üçün gələn bu təklifi də qəbul etməyib.

Fahriyenin Karan ilə paylaşdığı foto 2,9 milyon insan tərəfindən bəyənilib.

Qeyd edək ki, Fahriye Evcen 2017-ci ildə aktyor Burak Özçivitlə evlənib. Bu ilin aprel ayında isə oğulları Karan dünyaya gəlib.

Sevinc Yasinqızı

istinad:oxu.az