Məşhur dizayner Mark Ceykobsun Nyu-Yorkda baş tutan toyu dəblə bağlı lentə alınan filmləri xatırladıb.
Terefsiz.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, yüksək təbəqəyə aid olan bütün modelyerlər gecənin qonaqları siyahısında olublar.
Onların hamısı “Marc Jacobs” kolleksiyasındakı geyimləri geyiniblər. Manhettenin ən bahalı restoranında olan toyda modelyer həmcinsi ilə nikah bağlayıb.
Mark model sevgilisi Çarli Defrançeskoya ötən il evlilik təklifi edib. O, meksikan restoranda onun üçün xüsusi tədbir edib və fləşmod keçirib.
Toyda qonaqlar arasında Hadid bacıları, Anna Vintur, Keyt Moss, Rita Ora da yer alıblar.
Terefsiz.az