Məşhur həkim ən təhlükəli dərmanları AÇIQLADI

0
174

Məşhur həkim Aleksandr Myasnikov ağrıları aradan qaldırmaq üçün istifadə edilən təhlükəli dərmanlar haqqında danışıb.

Terefsiz.az xəbər verir ki, həkim pandemiya dövründə klinikalarda və xəstəxanalarda koronavirusa tutulma riski yüksək olduğu üçün insanların həkimlərlə daha az əlaqə saxladığını bildirib.

“Bu baxımdan insanlar özlərinə dərman təyin etməyə başlayıblar, amma qəbul etdikləri preparatların hamısı təhlükəsiz deyil və bəziləri hətta zərərlidir. Hamımıza tanış olan analgin kömək edir, amma bu dərman böyrəklərə pis təsir edir və steroid olmayan antiinflamatuar preparatların bütün mənfi xüsusiyyətlərinə malikdir. Siz onları ibuprofen, diklofenak və başqaları kimi tanıyırsınız”, – deyə Myasnikov “Rusiya 1” telekanalında bildirib.

Həkimin sözlərinə görə, bu cür dərmanlar qan təzyiqini artırır, mədə qıcıqlanmasına səbəb olur və ürəyə mənfi təsir göstərir. Xüsusilə 65 yaşdan yuxarı insanlar üçün təhlükəlidir. Myasnikov ən yaxşı ağrıkəsici olaraq parasetamolu tövsiyə edib.

istinad:publika.az