Məşhur müğənninin oğluna iki milyonluq təklif

0
127

Türkiyəli müğənni Özcan Dəniz və oğlu Kuzeyə iki milyon lirə dəyərində reklam təklifi gəlib.

Terefsiz.az “HaberGlobal”ın məlumatına istinadən bildirir ki, təklifə müsbət yanaşan müğənni gəliri oğlunun gələcəyi üçün bank hesabına yatırmaq niyyətindədir.

Özcan Dəniz ötən il yataq satışı ilə məşğul olan şirkətlərdən biri üçün reklam çarxına çəkilib. Reklam filminin rejissoru olan Özcan Dəniz çox qısa müddətdə satışları artırıb.

Satışların artmasında məmnun qalan şirkət yeni bir reklam çarxı üçün yenidən Özcan Dənizə müraciət edib. Yeni reklamın uşaq otağı ilə bağlı olacağı üçün şirkət rəsmiləri müğənnidən oğlunu ilk dəfə kamera qarşısına çıxarmasını da istəyiblər.

istinad:oxu.az