Mətbuat işçiləri “Breaking News! – Media Weekend 2019″da görüşüb

0
188

Media ilə hər zaman səmərəli əməkdaşlıq edən “Gilan Holding” mətbuat işçilərini peşə bayramları münasibətilə bu dəfə daha fərqli üslubda təbrik edib. Mətbuat nümayəndələrinin həm faydalı, həm də maraqlı vaxt keçirmələri, beynəlxalq mətbuat aləmində baş verən yeniliklərlə tanış olmaları üçün Holding tərəfindən Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News!” Media Weekend 2019 adlı təlim proqramı təşkil olunub.

Ölkə üzrə aparıcı telekanallarının, informasiya agentliklərinin, xəbər portallarının, qəzet və radio kanallarının əməkdaşları bu tədbirə xüsusi maraq göstərərək, 20 və 21 iyul tarixlərində “Pullman” otelində dünya səviyyəsində peşəkar ekspert Fil Vordmanın təlimində iştirak ediblər.

Nüfuzlu “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” beynəlxalq media qurumlarının ən qabaqcıl təcrübəsi təlimə qatılmış 140 nəfərdən artıq qonağın böyük marağına səbəb olub. İnterraktivlik, maraqlı diskussiyalar, təcrübə mübadiləsi ilə yadda qalan “Breaking News!” Media Weekend 2019 iştirakçılarını rəqəmsallaşan mediada son trendlər və bir çox digər yeniliklər ilə tanış edib.

“Gilan Holding” Azərbaycanın dünyada tanınmasına töhfə verən, hər zaman inkişafda olan ölkəmizdə baş verən yenilikləri peşəkarlıq prinsiplərinə riayət edərək işıqlandıran kütləvi informasiya vasitələri işçilərini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir və fəaliyyətlərində müvəffəqiyyətlər arzu edir.