Nərgiz öz superhitlərini daha oxumayacaq

0
196

Terefsiz.az saytı xəbər verir ki, Rusiyalı müğənni Nərgiz Zakirovaya Maksim Fadeyevin yazdığı mahnıların ifasına rəsmi qadağa qoyulub.

Starhit”ə verdiyi müsahibəsində Nərgiz yeni konsert turunda səslənəcək mahnılardan danışdı:

““Sən mənim incəliyim”, “İkimiz birlikdə” və Maks Fadeyevin bəstələdiyi digər hitləri daha ifa etməyəcəm, çünki buna artıq rəsmi qadağa qoyulub. Mənim və həmkarlarımın yazdıqları mahnılar səslənəcək”.

Qeyd edək ki, avqustun əvvəlində M.Fadeyevin “MALFA” prodüsser mərkəzi Nərgiz Zakirova ilə müqaviləsinə xitam verib.

Terefsiz.az