Nəqliyyat naziri Kostas Karamanlis istefa verib

0
90

Yunanıstanda 40 nəfərin ölümü ilə nəticələnən faciəvi qatar qəzasından sonra nəqliyyat naziri Kostas Karamanlis istefa verib.

İstefa qərarını açıqlayan nazir Karamanlis, “Ölən insanların xatirəsinə hörmətimin ən kiçik göstəricisi olaraq etməli olduğum şey budur” dedi.

Tembidə azı 40 nəfərin həyatına son qoyan faciəli qəzadan bir neçə saat sonra Yunanıstanın nəqliyyat naziri Kostas Karamanlis istefa ərizəsini baş nazir Kiryakos Mitsotakisə təqdim edib.

Kostas Karamanlisin istefasını baş nazir Mitsotakis qəbul edib.

Kostas Karamanlis istefa ərizəsində qatar qəzasına görə məsuliyyət daşıdığını və vətəndaşların reaksiya verməsinin təbii olduğunu bildirib.

terefsiz.az