Namiqi üzən faciə

0
281

Martın 23-ü dünyasını dəyişən mərhum meyxanaçı Aydın Xırdalanlının (Quliyev) ölümü həm onu sevənlərin, həm də dostlarının böyük üzüntüsünə səbəb olub.

Tərəfsiz.az xəbər verir ki, Namiq Qaraçuxurlu “Hər şey daxil”də Aydının ölümü ilə barışmadığını deyib.

Namiq mərhum həmkarının ölümünün ona çox təsir etdiyini qeyd edib:

“Mən nə qədər tənzimləsəm də, o, dünyasını dəyişəcək, o dünyasını dəyişəndə mənə həddindən artıq təsir etdi. Təsəvvür edin, indi Aydın yoxdur. Mən ona yox kimi baxa bilmirəm. Ha baxıram onun videolarına, elə təsəvvür edirəm ki, Aydın yoxdur həyatda. Çox qəribədir, insanlar onu o qədər sevgi ilə yad edirlər ki, mən onu dünyasını dəyişmiş kimi qəbul etmirəm”. 

Qeyd edək ki, mərhum meyxanaçı 42 yaşında qaraciyər serrozundan dünyasını dəyişib.

İstinad:Milli az